Salyan sakinini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB

Salyan sakinini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB Salyan sakini döyülərək öldürülüb.
Hadisə
20 Oktyabr , 2024 10:23
Salyan sakinini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB

Salyan sakinini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

DİN-nin Mətbuat xidmətinin Şirvan regional qrupundan “Report”un Aran bürosunun sorğusuna bildirilib ki, oktyabrın 19-da saat 21:00 radələrində rayon sakini Əziz Salayevin baş nahiyəsindən aldığı xəsarətlər nəticəsində ölməsi barədə polis şöbəsinə məlumat daxil olub.

Şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törədən, əvvəllər məhkum olunmuş 1977-ci il təvəllüdlü E.Səmədov saxlanılıb.

Araşdırma aparılır.

09:12

Salyan sakini döyülərək öldürülüb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə şəhərin T.Xəlilbəyli küçəsində qeydə alınıb.

Rayon sakini, 1973-cü il təvəllüdlü Salayev Əziz Sərvənəli oğlunun meyiti həmin küçədə aşkarlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

İlkin məlumata görə, Ə.Salayevin döyülərək öldürülüb.

Hadisənin əsl səbəbi isə araşdırmalardan sonra məlum olacaq.

Son xəbərlər

Orphus sistemi