​Salyanda 46 yaşlı kişi çaqqal hücumuna məruz qalıb

​Salyanda 46 yaşlı kişi çaqqal hücumuna məruz qalıb Yırtıcı kişinin sol ayağından dişləyərək ona xəsarət yetirib
Hadisə
3 Avqust , 2016 22:22
​Salyanda 46 yaşlı kişi çaqqal hücumuna məruz qalıb

Salyan. 3 avqust. REPORT.AZ/ Salyanın Arbatan kəndi ərazisində çaqqal dişləməsi hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, Salyan şəhəri, İsa Quliyev küçəsində yaşayan 46 yaşlı Talıb Mirzağa oğlu Hüseynov Arbatan kəndinə gedərkən çaqqal hücumuna məruz qalıb.

Yırtıcı, kişinin sol qıç nahiyəsindən dişləyərək ona xəsarət yetirib. Zərərçəkən Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanada həkimlər tərəfindən quduzluğa qarşı vaksin vurduqdan sonra o, ambulator müalicəyə buraxılıb.

Son xəbərlər

Orphus sistemi