Salyanda 41 yaşlı rayon sakini bıçaqlanıb

Salyanda 41 yaşlı rayon sakini bıçaqlanıb Hadisə mübahisə zəminində baş verib
Hadisə
18 Sentyabr , 2015 23:06
Salyanda 41 yaşlı rayon sakini bıçaqlanıb

Bakı. 18 sentyabr. REPORT. AZ/ Salyan rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə bu gün rayonun Qırxçıraq kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1974-cü il təvəllüdlü Zahir Kamran oğlu Mustafayev mübahisə zəminində Vüqar adlı şəxs tərəfindən bıçaqlanıb. Zahir Mustafayev qarın nahiyəsinin sol hissəsinin kəsilmiş-deşilmiş yarası ilə dərhal Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralı Cərrahiyyə şöbəsinə qaldırılaraq əməliyyat olunub.

Faktla bağlı Salyan rayon Polis şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi