Yuxarı

Salyanda 4 yaşlı uşağı yatdığı yerdə ilan sancıb

Hadisə gecə saatlarında qeydə alınıb

Salyan. 12 iyun. REPORT. AZ/ Gecə saatlarında Salyan rayonunun Kürsəngi kəndində azyaşlı usağı ilan sancıb.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə Elgün Nəzər oğlu Atayev evdə yatdığı zaman baş verib.

Bundan xəbər tutan valideynlər azyaşlını təcili Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Xəstəxanada uşağa ilan zəhəri əleyhinə zərdab vurulub və digər lazımi tədbirlər görülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi