Salyanda 31 yaşlı rayon sakini bıçaqlanıb

Salyanda 31 yaşlı rayon sakini bıçaqlanıb 31 yaşlı Rəşad Rahat oğlu Məcidov naməlum şəxs tərəfindən bıçaqlanıb
Hadisə
27 Fevral , 2016 22:36
Salyanda  31 yaşlı rayon sakini bıçaqlanıb

Bakı. 27 fevral. REPORT. AZ / Salyanda bıçaqlanma hadisəsi baş verib. 

"Report" xəbər verir ki, Salyan şəhər Tale Davudzadə küçəsi, ev 7 ünvanında yaşayan, 31 yaşlı Rəşad Rahat oğlu Məcidov naməlum şəxs tərəfindən bıçaqlanıb. 

Sol döş qəfəsindən ağır yaralanan Məcidov Rəşad dərhal Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılaraq cərrahiyyə şöbəsində əməliyyat olunub.

Faktla bağlı Salyan rayon Polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi