Yuxarı

​Salyanda 300 qrama yaxın narkotik maddə yandırılıb - FOTO

Proses aidiyyati qurumların nümayəndələrinin iştirakı ilə keçirilib

Salyan. 23 iyul. REPORT. AZ/ Salyanda narkotik vasitələr yandırma üsulu ilə məhv edilib. 

“Report”un Aran bürosunun məlumatına görə, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Salyan rayon Polis Şöbəsinin ərazisində bu ilin 6 ayında məhkəmə hökmləri ilə müsadirə edilmiş 60 qram tiryək,180 qram qurudulmuş marixuana və 50 qram həşiş kimi narkotik vasitələr yandırma üsulu ilə məhv edilib. 

Narkotik maddələrin yandırılması prosesi aidiyyati qurumların nümayəndələrinin iştirakı ilə həyata keçirilib.

Qeyd edək ki, yandırılan narkotik vasitələr məhkəmə qərarı ilə məhkum edilmiş vətəndaşlardan götürülüb. Hazırda onlar cəzalarını dəmir barmaqlıqlar arasında çəkirlər.     

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi