Salyanda 23 yaşlı kişi qətlə yetirilib - FOTO - YENİLƏNİB

Salyanda 23 yaşlı kişi qətlə yetirilib - FOTO - YENİLƏNİB Hadisəni törədən şəxs qaçıb
Hadisə
11 Sentyabr , 2016 12:50
Salyanda 23 yaşlı kişi qətlə yetirilib - FOTO - YENİLƏNİB

Salyan. 11 sentyabr. REPORT.AZ/ Bu gün saat 12:30 radələrində Salyan şəhərində qətl hadisəsi törədilib.

“Report”un Aran bürosunun məlumatına görə, qətlə yetirilən şəxs 23 yaşlı Davudov Ağaverdi Sakit oğludur.

Yaralı təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılsa da, yolda keçinib.

Hadisəni törədən şəxs qaçıb. Onun şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi