Salyanda 3 otaqlı fərdi yaşayış evi yanıb - FOTO

Salyanda 3 otaqlı fərdi yaşayış evi yanıb - FOTO Hadisə günorta saatlarında şəhərin Ağa Mirbağırağa küçəsində qeydə alınıb
Hadisə
110
25 Sentyabr , 2016 14:54
Salyanda 3 otaqlı fərdi yaşayış evi yanıb - FOTO

Salyan. 25 sentyabr. REPORT.AZ/ Bu gün Salyanda yanğın hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə günorta saatlarında Salyan şəhəri Ağa Mirbağırağa küçəsi, dalan 4 ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan 53 yaşlı Məmmədrza Müseyib oğlu Nəcəfova məxsus 3 otaqdan ibarət fərdi yaşayış evi anidən alovlanmağa başlayıb. Bu barədə məlumat daxil olan kimi hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Salyan Yanğından Mühafizə Hissəsinə məxsus 2 yanğınsöndürən maşın cəlb olunub. Yanğın söndürülüb və alovun digər tikililərə keçməsinin qarşısı alınıb. Buna bağmayaraq ümumi sahəsi 90 kvadratmetr olan evin 60 kvadratmetri içindəki əşyalarla birlikdə yanaraq yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi