Salyanda 28 yaşlı oğlan güllələnərək qətlə yetirilib - YENİLƏNİB
- 01 sentyabr, 2018
- 13:15
Salyan. 1 sentyabr. REPORT.AZ/ Salyan rayon sakinini güllələyərək qətlə yetirən şəxsin adı məlum olub.
"Report"un Aran bürosunun məlumatına görə, rayonun Seyidsadıqlı kənd sakini, Səmədzadə Elgün Alik oğlu həmkəndlisi R.Bağırovla mübahisə edib. Mübahisə zəmnində E.Səmədəzadə onu güllələyərək ağır yaralayıb və hadisə yerindən qaçıb.
R.Bağırov həmkəndliləri tərəfindən Salyan Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb.
Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Salyan rayon şöbəsinə yerləşdirilib. Məlum olub ki, güllə yarası alan R.Bağırov kəskin qanitirmədən dünyasını dəyişib.
16:41
Salyan. 1 sentyabr. REPORT.AZ/ Salyan rayonunda baş verən silahlı insident nəticəsində ölən şəxsin adı məlum olub.
"Report"un Aran bürosu xəbər verir ki, rayonun Seyidsadıqlı kənd sakini, 1990-cı il təvəllüdlü Bağırov Rüfət Rüstəm oğlu naməlum şəxs tərəfindən güllələnib. Hadisənin səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
***15:38
Salyan. 1 sentyabr. REPORT.AZ/ Salyan rayonunda silahlı insident olub, ölən var.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün rayonun Seyidsadıqlı kəndində qeydə alınıb.
Belə ki, həmin kəndin sakinləri arasında mübahisə silahlı insidentlə nəticələnib və 1 nəfər güllə yarası alıb. Yaralı doğmaları tərəfindən Salyan Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib.