​Salyanda 24 yaşlı gənc intihar edib

​Salyanda 24 yaşlı gənc intihar edib Ceyhun Bağırov yaşadığı evin həyətində özünü asıb
Hadisə
4 May , 2016 00:04
​Salyanda 24 yaşlı gənc intihar edib

Bakı. 4 May. REPORT.AZ/ Gecə saatlarında Salyan şəhərində intihar hadisəsi baş verib.

“Report”un xəbərinə görə, Cəfər Cabbarlı küçəsində yaşayan 24 yaşlı Ceyhun Tapdıq oğlu Bağırov yaşadığı evin həyətində özünü asaraq intihar edib.

O, yaxınları tərəfindən Salyan Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Lakin zərərçəkənin həyatını xilas etmək mümkün olmayıb.

İntiharın hansı səbəbdən baş verdiyi məlum deyil.

Hazırda faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi