Salyanda 22 yaşlı gənc bıçaqlanıb

Salyanda 22 yaşlı gənc bıçaqlanıb Bayram Şikarov adlı şəxs münaqişə zəminində iki bıçaq zərbəsi alıb
Hadisə
1877
27 Fevral , 2017 21:24
Salyanda 22 yaşlı gənc bıçaqlanıb

Salyan. 27 fevral. REPORT.AZ/ Axşam saatlarında Salyan rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, Yenikənddə qeydə alınan hadisə zamanı 22 yaşlı kənd sakini Bayram Hümmət oğlu Şikarov münaqişə zəminində iki bıçaq zərbəsi alıb.

Zərərçəkən Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılaraq Cərrahiyyə şöbəsində əməliyyat olunub. Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti ağırdır.

Hazırda Bayram Şikarovu vuran şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı Salyan rayon Polis şöbəsində araşdırma aparılır.

Orphus sistemi