Bakı. 6 noyabr. REPORT.AZ/ Bu gün axşam saat 21:15 radələrində Salyanda bıçaqlanma hadisəsi baş verib.
"Report" xəbər verir ki, insident Salyan şəhərində qeydə alınıb.
Belə ki, şəhərin Taleh Davudzadə küçəsi, ev 156 ünvanında yaşayan, 1994-cü il təvəllüdlü Pirverdi Əlikərim oğlu Məhərrəmov küçədə naməlum şəxs tərəfindən bıçaqlanıb.
Zərərçəkən sol qabırğasının kəsilmiş-deşilmiş yarası ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Pirverdi Məhərrəmov dərhal Cərrahiyyə şöbəsinə qaldırılaraq əməliyyat olunub.
Xəstənin vəziyyətinin orta ağır olduğu bildirilir.