Salyanda 21 yaşlı qadın dərmandan zəhərlənib

Salyanda 21 yaşlı qadın dərmandan zəhərlənib Gülmira Cahangirova xəstəliyi ilə bağlı həddən çox dərman qəbul edib
Hadisə
8 Aprel , 2017 21:43
Salyanda 21 yaşlı qadın dərmandan zəhərlənib
Courtesy İmage

Salyan. 8 aprel. REPORT.AZ/ Salyan rayonunda zəhərlənmə hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Noxudlu kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 21 yaşlı Gülmira Qəhrəman qızı Cahangirova xəstəliyi ilə bağlı həddən çox dərman qəbul etdiyindən zəhərlənib. O, yaxınları tərəfindən Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Qadına ilk tibbi yardım göstərilib və G. Cahanbirova reanimasiya şöbəsinə yerləşdirilib.

Onun vəziyyətinin ağır olduğu bildirilir.

Son xəbərlər

Orphus sistemi