Yuxarı

Salyanda 11 yaşlı uşağın baş nahiyəsindən it dişləyib

Uşaq xəstəxanaya yerləşdirilib

Bakı. 30 avqust. REPORT.AZ/ Salyan rayonunda it dişləməsi hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə bu gün səhər saatlarında Salyan rayonunun Parça Xalac kəndində qeydə alınıb.

İt kənd sakini, 2004-cü il təvəllüdlü Şükür Nəcəf oğlu Süleymanovun baş nahiyəsindən dişləyərək ona xəsarət yetirib. Azyaşlı uşaq dərhal Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, Nəcəf Süleymanova ilkin tibbi yardım göstərildikdən sonra o, ambulator müalicəyə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi