Salyan sakinlərindən narkotik vasitə götürülüb

Salyan sakinlərindən narkotik vasitə götürülüb Salyan. 30 iyul. REPORT.AZ/ Salyan sakinlərindən narkotik maddə aşkarlanıb.
Hadisə
30 İyul , 2018 22:55
Salyan sakinlərindən narkotik vasitə götürülüb

Salyan. 30 iyul. REPORT.AZ/ Salyan sakinlərindən narkotik maddə aşkarlanıb. 

"Report"un Aran bürosu xəbər verir ki, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Salyan şəhər sakini Bağırov Coşqun Nadir oğlu və Qaraçala qəsəbəsinin sakini Məmmədov Əkbər Oqtay oğlu saxlanılaraq şöbəyə gətirilib.

Onların üzərinə keçirilən şəxsi baxış zamanı C. Bağırovun üzərindən narkotik vasitə - ümumi çəkisi 110 qram olan qurudulmuş marixuana, Ə. Məmmədovdan isə ümumi çəkisi 0,180 qram heroin aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi