Salyan. 16 yanvar. REPORT.AZ/ Salyanda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini tutulub.
“Report”un Aran bürosu xəbər verir ki, Salyan rayon Polis şöbəsinin əməkdaşları tərəfindən Salyan şəhəri ərazisində aparılan əməliyyat tədbirləri nəticəsində M.Ağazadə küçəsi, ev 42-də yaşayan, əvvələr məhkum olunmuş Salyan şəhər sakini, 1959-cu il təvəllüdlü, Məmədov İbrahim Oqtay oğlu şübhəli şəxs qismində saxlanılıb.
Üzərinə baxış zamanı İbrahim Məmmədovun üzərindən 1 ədəd kibrit qutusunda 9 ədəd selofan kəsiyi bükümündə, ümumi xalis çəkisi 25 qramdan artıq narkotik vasitə olan tiryək aşkar olunaraq götürülüb.
Faktla bağlı Salyan rayon Polis şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə cinayət işinə başlanılıb, istintaq tədbirləri davam etdirilir.





