Salyanda keçmiş kürəkənini öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib

Salyanda keçmiş kürəkənini öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib Salyan sakininin ölümü ilə bağlı cinayət işi məhkəməyə göndərilib.
Hadisə
1 İyul , 2022 10:19
Salyanda keçmiş kürəkənini öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib

Salyan sakininin ölümü ilə bağlı cinayət işi məhkəməyə göndərilib.

Bu barədə "Report"a rayon prokurorluğundan məlumat verilib.

Belə ki, bu il aprelin 25-də Salyan rayonu, Təzəkənd kənd sakini 1985-ci il təvəllüdlü Faiq Məlikovun qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə Salyan rayon prokurorluğunda başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Aparılmış istintaqla, 1952-ci il təvəllüdlü Məlikağa Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı keçmiş kürəkəni Faiq Məlikova bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Məlikağa Əliyev Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddələsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Son xəbərlər

Orphus sistemi