Salyan sakinindən narkotik vasitə götürülüb - FOTO

Salyan sakinindən narkotik vasitə götürülüb - FOTO Salyan. 30 yanvar. REPORT.AZ/ Salyan rayon sakinindən narkotik vasitə aşkarlanıb.
Hadisə
30 Yanvar , 2018 12:38
Salyan sakinindən narkotik vasitə götürülüb - FOTO
Report

Salyan. 30 yanvar. REPORT.AZ/ Salyan rayon sakinindən narkotik vasitə aşkarlanıb.

“Report”un Aran bürosu xəbər verir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısını almaq məqsədi ilə Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri keçirilib. Əməliyyat zamanı rayon sakini Şöhrət Habil oğlu Ağayev şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman üstündən 3,5 qram narkotik vasitə olan tiryək aşkar olunaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi