Salyan sakinindən narkotik maddə aşkarlanıb - FOTO

Salyan sakinindən narkotik maddə aşkarlanıb - FOTO Salyan sakinindən külli miqdarda narkotik maddə aşkar edilib.
Hadisə
16 Aprel , 2019 21:14
Salyan sakinindən narkotik maddə aşkarlanıb - FOTO

Salyan sakinindən külli miqdarda narkotik maddə aşkar edilib.

"Report"un Aran bürosu xəbər verir ki, daxil olmuş məlumat əsasında Salyan polisi əməkdaşları tərəfindən rayonun Çadırlı kənd sakini, əvvəllər məhkum olunmuş, 1966-cı il təvəllüdlü Həmzəyev Tahir Barı oğlunun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilib. Baxış zamanı həyətdə 8 ədəd çətənə kolu aşkar edilib.

Bundan sonra əməliyyat tədbirlərinin davamı olaraq T.Həmzəyevin yaşadığı evin həyətində yerləşən hamama baxış zamanı, oradan 54 ədəd kibrit qutusunda, 84 ədəd siqaret kağızı bükümündə, 5 ədəd balonda və 1 ədəd sellofan paketdə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Hal şahidlərinin iştirakı ilə narkotik vasitələr maddi sübut kimi polis şöbəsinə gətirilib. İlkin istintaq zamanı T.Həmzəyev törətdiyi cinayəti etiraf edib.

Faktla bağı Salyan rayon Polis Şöbəsində araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi