Salyan sakini yanıq xəsarəti alıb

Salyan sakini yanıq xəsarəti alıb Uğur Məlikovun alnı yanıb
Hadisə
18 Fevral , 2017 20:24
Salyan sakini yanıq xəsarəti alıb

Salyan. 18 fevral. REPORT.AZ/ Salyanda 11 yaşlı sakin yanıq xəsarəti alıb.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında rayonun Qırxçıraq kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Uğur Samir oğlu Məlikov hamamda olarkən başı suqızdırıcısına dəyib. Suqızdırıcısı qaynar olduğundan yeniyetmənin alnı yanıb.

U. Məlikov yaxınları tərəfindən Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada ona ilk tibbi yardım göstərilib və yaralı ambulator müalicəyə buraxılıb.   

Son xəbərlər

Orphus sistemi