Yuxarı
    Bağlamaq

    Salyan sakini qonşusuna balta ilə xəsarət yetirib

    Faktla bağlı araşdırma aparılır

    Salyan. 20 dekabr. REPORT.AZ/ Salyan rayon sakini qonşusuna balta ilə xəsarət yetirib. 

    “Report”un Aran bürosunun verdiyi məlumata görə, hadisə bu gün axşam saatlarında rayonun Kərimbəyli kəndində qeydə alınıb. 

    Belə ki, kənd sakini, 20 yaşlı Alıkişi Elçin oğlu Dadaşov mübahisə zəminində qonşusu tərəfindən baş nahiyəsindən balta zərbəsi alıb. Yaralı Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. O, xəstəxanada ilkin tibbi yardım aldıqdan sonra ambulator müalicəyə göndərilib.

    Faktla bağlı araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi