Yuxarı

​Salyan sakini qardaşını döyərək xəstəxanalıq edib

Faktla bağlı araşdırma aparılır

Bakı. 31 may. REPORT.AZ/ Salyanda döyülmə hadisəsi baş verib. “Report” xəbər verir ki, hadisə rayonun Marışlı kəndində qeydə alınıb. 

Belə ki, həmin kəndin sakini, 57 yaşlı Nəbi Təvəkkül oğlu Rüstəmov sağ göz nahiyəsinin və sağ qasıq nahiyəsinin xəsarəti ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. Həkimlər tərəfindən ona ilk tibbi yardım göstərildikdən sonra travmatologiya şöbəsinə yerləşdirilib. Zərərçəkən qardaşı tərəfindən xəsarət aldığını bildirib.

Faktla bağlı araşdırma aparılır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi