Yuxarı

Salyan sakini evində bədbəxt hadisə nəticəsində xəsarət alıb

Faktla bağlı araşdırma aparılır

Salyan. 2 iyun. REPORT.AZ/ Salyanda bədbəxt hadisə baş verib. “Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Şorsulu kəndində qeydə alınıb. 

Kənd sakini, 34 yaşlı Ruhid Ramiz oğlu Ağayev qarın nahiyəsinin kəsilib-deşilmiş yaraları və sağ qolunun xəsarəti ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. O, cərrahiyyə şöbəsinə qaldırılaraq əməliyyat olunub. 

Yaxınlarının verdiyi məlumata görə, Ruhid Ağayev evdə pəncərə şüşəsi salarkən belə bir hadisə baş verib. 

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi