Salyan sakini atasının bank hesabından pul oğurlayıb

Salyan sakini atasının bank hesabından pul oğurlayıb Salyanda bank hesablarından pul oğurlayan şəxs saxlanılıb.
Hadisə
4 Oktyabr , 2019 12:59
Salyan sakini atasının bank hesabından pul oğurlayıb

Salyanda bank hesablarından pul oğurlayan şəxs saxlanılıb. 

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Salyan Rayon Polis Şöbəsinə müraciət edən rayon sakini T.Abbasova sentyabrın 4-də bank hesabından 176 manatının çıxarılaraq oğurlandığını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Qarabağlı kənd sakini R.Zalıyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Ətrafında aparılan tədbirlərlə onun 2018-ci ilin iyul ayından cari il sentyabrın 9-dək olan müddətdə atasının da bank hesabından 1300 manat çıxararaq oğurlaması müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi