Yuxarı

​Salyan sakini 350-400 illik məişət əşyalarını qoruyaraq saxlayıb - FOTO

Onların arasında Şirvanşahlar sarayının qazisinə məxsus havalandırma sistemi də var

Salyan. 28 may. REPORT.AZ/ Salyan rayonunun Şorsulu kənd sakini öz evində qədim məişət əşyaları ilə yanaşı, həm də Şirvanşahlar sarayının qazisinə məxsus havalandırma sistemini indiyədək saxlayır. 

“Report”un Aran bürosu xəbər verir ki, 60 yaşlı Mərdan Hüseynov ulu nənələrindən yadigar qalan mərcimeyi, qazan, həvəngdəstə, bir əsrdən çox yaşı olan sikkələri hələ də qoruyur. 

Bunların içərisində ən qədimi isə el arasında mərcimeyi adlanan tarixi eksponatdır. Tarixçilərin sözlərinə görə, bu eksponatlar 350-400 ilə gedib çıxan Azərbaycan məişətinin müasir sənətkarlıq mədəniyyətinin özündə birləşdirən sənətkarlıq abidəsidir.

Eksponatlarının içərisində havalandırma sistemi daha çox diqqəti cəlb edir. İllər öncə Mərdan Hüseynov Bakıda şəxsi evlərdə ustalıq edərkən İçərişəhərdə bu havalandırma qurğusunu tapıb. Yaxınlıqdakı evlərin birində restavrasiya işləri görən fəhlələrdən evin kimə aid olduğunu soruşduqda Şirvanşahlar qazisinin evi olduğunu öyrənir.

Mərdan Hüseynodan bu qədim məişət əşyalarını almaq istəyənlər olsa da, ancaq o, bu qədim eksponatları tarix-diyarşünaslıq muzeyinə verməklə gələcək nəsillərə çatdırmaq niyyətindədir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi