Yuxarı
    Bağlamaq

    Şahtaxtı gömrük-sərhəd keçid məntəqəsində 93 kq heroin aşkar edilib

    Faktla bağlı araşdırma aparılır© Customs.gov.az

    Bakı. 19 iyun. REPORT.AZ/ Naxçıvan MR-in gömrük əməkdaşları külli miqdarda narkotik vasitənin muxtar respublika ərazisindən tranzit keçməklə qaçaqmalçılıq yolu ilə aparılmasına cəhdin qarşısını alıblar.

    “Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, narkotik qaçaqmalçılığı faktı İranla sərhəddə yerləşən Şahtaxtı gömrük-sərhəd keçid məntəqəsində qeydə alınıb.

    Türkiyə vətəndaşı Cəlal Böyükaslanın idarə etdiyi "Volvo" markalı, 07 MCK 92 dövlət nömrə nişanlı yük maşınına rentgen qurğusu vasitəsilə gömrük baxışı zamanı qoşqunun döşəmə hissəsinin təsvirləri əsasında gizli saxlanc yeri müəyyən olunub.

    Daha sonra gömrükçülər 34 JA 7009 nömrə nişanlı həmin qoşqunun şübhəli hissəsinə fiziki baxış həyata keçirərkən 180 bükümdə qablaşdırılaraq gizlədilmiş, ümumi çəkisi 93 kq olan narkotik vasitə - heroin aşkar ediblər.

    Narkotik yüklü nəqliyyat vasitəsinin Naxçıvan ərazisindən tranzit keçməklə İrandan Türkiyəyə gedəcəyi müəyyən olunub.

    Faktla bağlı araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi