Şahid Fərman Kərimzadənin oğlunun məhkəməsinə məcburi gətiriləcək

Şahid Fərman Kərimzadənin oğlunun məhkəməsinə məcburi gətiriləcək Proses yanvarın 18-də davam etdiriləcək
Hadisə
11 Yanvar , 2017 12:54
Şahid Fərman Kərimzadənin oğlunun məhkəməsinə məcburi gətiriləcək

Bakı. 11 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Əziz Kərimzadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Report”un məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə şahid Kazım Əlizadənin gəlmədiyi elan olunub. Hakim deyib ki, ona K.Əlizadənin Azərbaycan ərazisində olmadığı bildirilib. Ə.Kərimzadə isə bildirib ki, K.Əlizadənin Azərbaycandan kənarda olması yalandır: "Onun anası İlahə Əliyeva yalan deyir, Kazım hazırda Azərbaycan ərazisindədir".

Hakim K.ƏIizadənin məhkəməyə gətirilməsi barədə məcburi qərarın qəbul edildiyini bildirib.

Daha sonra prokuror vəsatət verərək məhkəmə istintaqının tamamlanmasını istəyib. Məhkəmə vəsatəti təmin etməyib.

Proses yanvarın 18-də davam etdiriləcək.

Qeyd edək ki, Ə.Kərimzadə 4 nəfər vətəndaşın ümumilikdə 60 min manatdan çox pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham edilir. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Daha sonra isə məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Bakı şəhəri 3 saylı Hüquq Məsləhətxanasının vəkili olmuş Ə.Kərimzadə ilk dəfə 2012-ci ilin avqust ayında həbs edilib. Bakı sakini Muradov Elçin Dadaş oğlu Səbail rayon Polis İdarəsi, 9-cu Polis Bölməsinə müraciət edərək bildirib ki, özünü vəkil kimi təqdim edən Ə.Kərimzadə onun 12 min manat pulunu mənimsəyib. 2012-ci ilin noyabr ayının 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində, Ə.Kərimzadə və onun tanışı Azər Qurbanov 3 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilib və məhkəmə zalından azadlığa buraxılıblar. Məhkəmə hökm zamanı təqsirləndirilən şəxslərin dəymiş ziyanı ödəmələrini yüngülləşdirici hal kimi qiymətləndirib.

Ə.Kərimzadə Azərbaycanın tanınmış yazıçısı Fərman Kərimzadənin oğludur.

Son xəbərlər

Orphus sistemi