Şahbuzda narkotik satışında şübhəli bilinən şəxs saxlanılıb

Şahbuzda narkotik satışında şübhəli bilinən şəxs saxlanılıb Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda narkotik və psixotrop maddələrin dövriyyəsində şübhəli bilinən şəxs müəyyən edilərək məsuliyyətə cəlb edilib.
Hadisə
31 Yanvar , 2023 12:00
Şahbuzda narkotik satışında şübhəli bilinən şəxs saxlanılıb

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda narkotik və psixotrop maddələrin dövriyyəsində şübhəli bilinən şəxs müəyyən edilərək məsuliyyətə cəlb edilib.

"Report"un Naxçıvan bürosu xəbər verir ki, rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə Babək rayonu Məzrə kənd sakini 1984-cü il təvəllüdlü Vidadi İbrahimov saxlanılıb.

Onun üzərindən 5,137 qram olan metamfetamin aşkar edilərək götürülüb.

Psixotrop maddənin hansı mənbədən əldə etməsi istiqamətində tədbirlər davam etdirilir.

Son xəbərlər

Orphus sistemi