Yuxarı

Şair ​Saday Şəkərlinin apellyasiya şikayəti üzrə məhkəməsinin vaxtı açıqlanıb

İşə hakim Faiq Qasımovun sədrliyi ilə baxılacaq

Bakı. 25 fevral. REPORT.AZ/ Şair Saday Şəkərov barəsində Binəqədi Rayon Məhkəməsinin çıxardığı həbs qərarının dəyişdirilməsi ilə bağlı verilən apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı açıqlanıb.

Onun vəkili Fəxrəddin Mehdiyevin “Report”a verdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək hazırlıq iclası fevralın 26-na təyin edilib. 

İşə hakim Faiq Qasımovun sədrliyi ilə baxılacaq.

Xatırladaq ki, S.Şəkərov barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə Binəqədi Rayon Məhkəməyə müraciət edib. Məhkəmə müraciəti təmin etməyib. Qərardan narazı qaılan S.Şəkərov apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Qeyd edək ki, 2015-ci il dekabr ayının 24-də Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, Bakı şəhər sakini Saday Şəkərovun külli miqdarda əmlak əldə etmək məqsədilə Vergilər Nazirliyinin vəzifəli şəxsi haqqında kütləvi informasiya vasitələrində ifşaedici, onu nüfuzdan salan, uydurma yazılar yazmaqla, barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə tələb etdiyi 10 min manat məbləğində pulu almasında şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb.

S.Şəkərov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulan ittiham elan edilməklə, məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi