Sabunçuda yol qəzası oldu, 2 piyadanın ayaqları sındı

Sabunçuda yol qəzası oldu, 2 piyadanın ayaqları sındı Bakıda xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
824
1 Sentyabr , 2020 03:10
Sabunçuda yol qəzası oldu, 2 piyadanın ayaqları sındı

Bakıda xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. 

"Report" xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu A.Bakıxanov qəsəbəsində qeydə alınıb. 

Belə ki, yolu keçmək istəyərkən piyadalar - 1981-ci il təvəllüdlü Hüseynov Zaur Fəxrəddin oğlu və 1995-ci il təvəllüdlü İbrahimov Süleyman Rövşən oğlunu avtomobil vurub. Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar. 

Z.Hüseynova sol bud sümüyünün yuxarı üçdə birinin qapalı yerdəyişmiş sınığı, S.İbrahimova isə hər iki ayağının sınığı diaqnozu qoyulub. Hər iki şəxs əməliyyata götürülüb.

Son xəbərlər

Orphus sistemi