Sabunçu rayonunda fərdi ev yanıb

Sabunçu rayonunda fərdi ev yanıb Yanğın saat 21:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb
Hadisə
23 Dekabr , 2014 00:40
Sabunçu rayonunda fərdi ev yanıb

Bakı. 23 dekabr. REPORT.AZ/ Bakının Sabunçu rayonunda yanğın hadisəsi baş verib.

"Report"-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadla verdiyi xəbərə görə, Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 240 kv.m olan ikimərtəbəli 5 otaqlı evin 1-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları, ev əşyaları 20 kv.m sahədə yanıb və yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavan 10 kv.m sahədə əriyib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi