Sabunçuda qonşusunu bıçaqlayan şəxsin istintaqı başa çatıb

Sabunçuda qonşusunu bıçaqlayan şəxsin istintaqı başa çatıb Bakının Sabunçu rayonunda qonçusunu bıçaqlamaqda təqsirləndirilən Elçin Gözəlovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
15 Noyabr , 2019 11:43
Sabunçuda qonşusunu bıçaqlayan şəxsin istintaqı başa çatıb

Bakının Sabunçu rayonunda qonçusunu bıçaqlamaqda təqsirləndirilən Elçin Gözəlovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim İradə Həsənzadənin icraatında olan şi üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə bu ilin iyul ayında Ramana qəsəbəsində baş verib.

E.Gözəlov qonşusu, 1992-ci il təvəllüdlü Balakişiyev Fəqan Teyyub oğlunu bıçaqlayıb. Sağ kürək nahiyəsindən bir neçə bıçaq xəsarəti alan yaralı dərhal xəstəxanaya yerləşdirilib.

E.Gözəlova Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham verilib.

Son xəbərlər

Orphus sistemi