Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində sərnişin 1985-ci il təvəllüdlü Zeynalova Elnarə Novruz qızı xəsarət alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol bazu sümüyünün yerdəyişən qəlpəli sınıqları diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.