Sabunçuda partlamamış top mərmisi tapılıb

Sabunçuda partlamamış top mərmisi tapılıb Xüsusi mobil çevik əməliyyat qrupu həmin əraziyə göndərilib
Hadisə
26 İyun , 2017 16:14
Sabunçuda partlamamış top mərmisi tapılıb

Bakı. 26 iyun. REPORT.AZ/ Bakının Sabunçu rayonunda partlamamış mərmi tapılıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) "Report"a verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən agentliyə Bakı şəhəri, Sabunçu rayonu, Gülçülük savxozu adlanan ərazidə partlamamış hərbi sursatın (PHS) aşkar olunması barədə məlumat daxil olub.

Məlumata əsasən ANAMA-nın xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə 1 bağçılıq sahəsinə baxış keçirilib, 1 ədəd 76 mm-lik top mərmisi (OF-350) aşkar edilərək zərərsizləşdirilməsi üçün agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunan top mərmisinin ətrafında 600 kv.metr əraziyə yerüstü baxış keçirilmiş, təhlükəli əşya və qurğu aşkar edilməyib.

Son xəbərlər

Orphus sistemi