Yuxarı

Sabunçuda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır

Bakı. 3 sentyabr. REPORT.AZ/ Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) saytı məlumat yayıb.

Hadisə sentyabrın 3-də gecə saat 03:00 radələrində rayonunun Pirşağı qəsəbəsində qeydə alınıb. Abşeron rayon sakinləri - Samir Əhmədovun idarə etdiyi “Mercedes” və Elvin Məmmədzadənin idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşub. Nəticədə E.Məmmədzadə hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi (RPİ) tərəfindən araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi