Sabunçuda ev yanıb

Sabunçuda ev yanıb Evin qalan hissəsi yanğından mühafizə olunub
Hadisə
20 May , 2015 15:01
Sabunçuda ev yanıb

Bakı. 20 may. REPORT.AZ/ Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ev yanıb. "Report"un FHN-in rəsmi saytına istinadən verdiyi xəbərə görə, ümumi sahəsi 28 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları 16 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 12:53-də söndürülüb.

Son xəbərlər

Orphus sistemi