Sabunçuda bir nəfər dənizdə batıb

Sabunçuda bir nəfər dənizdə batıb Əmrah Abbasovun cəsədi xilasedicilər tərəfindən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib
Hadisə
27 İyul , 2015 19:51
Sabunçuda bir nəfər dənizdə batıb

Bakı. 27 iyul. REPORT.AZ/ Bakıda bir nəfər dənizdə batıb. "Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytı məlumat yayıb.

Belə ki, nazirliyin “112” qaynar telefon xəttinə Sabunçu rayonunda dənizdə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 5 km aralı, nəzarətsiz ərazidə) 1999-ci il təvəllüdlü Əmrah Qədir oğlu Abbasovun suda batması haqqında məlumat daxil olub. Ə.Abbasovun cəsədi batdığı yerdən 10 metr aralıda, “Nardaran-1” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 18:40-da başa çatıb.

Son xəbərlər

Orphus sistemi