Bakıda dəm qazından zəhərlənmə hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Rayonun Sabunçu qəsəbəsində 2005-ci il təvəllüdlü Ağayeva Nigar Ramiz qızı, 2-ci mədən küçəsində 1966-cı il təvəllüdlü Salahlı İntiqam Sahəddin oğlu və Elşən Mehtiyev küçəsində 2002-ci il təvəllüdlü Manaflı Nasir Mehdi oğlu yaşadıqları evdə dəm qazından zəhərləniblər.
Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Hadisənin təfərrüatı araşdırılır.