"Sabunçu Tikinti-Quraşdırma" ASC-nin cərimələnməsi ilə bağlı qərar ləğv edilib

"Sabunçu Tikinti-Quraşdırma" ASC-nin cərimələnməsi ilə bağlı qərar ləğv edilib Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası Sabunçu Tikinti-Quraşdırma ASC barəsində inzibati xəta haqqında protokol tərtib edib.
Hadisə
22 Oktyabr , 2019 16:59
Sabunçu Tikinti-Quraşdırma ASC-nin cərimələnməsi ilə bağlı qərar ləğv edilib

Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası "Sabunçu Tikinti-Quraşdırma" ASC barəsində inzibati xəta haqqında protokol tərtib edib.

“Report”un xəbərinə görə, Sabunçu Rayon Məhkəməsi Palatanın protokoluna əsasən, şirkətin 1436,42 ABŞ dolları məbləğində cərimə edilməsi barədə qərar çıxarıb.

Məhkəmə şirkəti İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsi ilə təqsirli bilib.

Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli qərarından QSC tərəfindən verilən şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılıb və icraata xitam verilib.

Son xəbərlər

Orphus sistemi