Yuxarı
    Bağlamaq

    Sabunçu rayonunda qadının evinə basqın edənlər 5 min manat pul aparıb

    Faktla bağlı araşdırmalar aparılır

    Bakı. 26 avqust. REPORT.AZ/ Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsində soyğunçuluq hadisəsi baş verib.

    “Report”un əldə etdiyi məlumata görə, hadisə R.Axundov küçəsində qeydə qlınıb.

    İki nəfər naməlum şəxs ev 21 mənzil 3 ünvanında soyğunçuluq törədiblər. Onlar həmin ünvanda yaşayan 1950-ci il təvəllüdlü Leyla Dişinanın mənzilinin qapısını sındırmaqla ora daxıl olublar. Daha sonra ev sahibinin əlini və ağzını yapışqanlı lentlə bağlayaraq 5 000 manat pulunu götürüb hadisə yerini tərk ediblər.

    Faktla bağlı araşdırmalar aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi