Sabunçu rayonunda patlayış baş verib

Sabunçu rayonunda patlayış baş verib Tikilinin tavanının bir hissəsi dağılıb
Hadisə
21 İyun , 2015 00:52
Sabunçu rayonunda patlayış baş verib

Bakı. 21 İyun. REPORT.AZ/ Bakı şəhərinin Sabunçu rayonunda sahəsi 50 kv.m olan yardımçı tikilidə patlayış baş verib.

“Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, nəticədə tikilinin tavanının bir hissəsi dağılıb.

Yardımçı tikilinin yaxınlığında yığılmış taxta qırıntıları və quru ot yanıb. Yaxınlıqda olan tikililər yanğından mühafizə olunub. Yanğın saat 17:54-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi