Bakı. 3 aprel. REPORT.AZ/ Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
“Report” xəbər verir ki, 1979-cu il təvəllüdlü İlkin Rüstəmov rayon ərazisindəki bazarlardan birinin yaxınlığında tanışı ilə mübahisə edib. Nəticədə onun ayağına iki bıçaq zərbəsi vurulub.
Yaralı taksi vasitəsilə xəstəxanaya çatdırılıb. O, cərrahi əməliyyat olunub. Yaralının vəziyyəti orta-ağırdır.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinin əməkdaşları araşdırma aparır.