Şabran rayonunda talvar və 15 ton ot bağlaması yanır.
"Report"-un Şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun "Stansiya" adlanan ərazidə qeydə alınıb.
Belə ki, rayon sakini 1946-cı il təvəllüdlü, Adıgözəl Rəhimova məxsus 40 kv. m sahədə dəmir konstruksiyalı talvar və ora yığılmış 15 ton quru ot bağlaması yanır.
Hadisə yerinə Şabran Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə briqadaları cəlb olunub, yanğının söndürülməsi istiqamətində işlər aparılır.
Yanğınsöndürənlər, fərdi yaşayış evi və digər yardımçı tikililəri yanğından mühafizə edə bilib.
Faktla bağlı araşdırma aparılır.