Şabranda toy qaydalarını pozan şəxs cərimələnib

Şabranda toy qaydalarını pozan şəxs cərimələnib Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Güləmli kəndində karantin rejim qaydalarının pozulması ilə müşahidə olunan toy şənliyinin keçirilməsi müəyyən edilib.
Hadisə
209
29 İyul , 2021 10:25
Şabranda toy qaydalarını pozan şəxs cərimələnib

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Güləmli kəndində karantin rejim qaydalarının pozulması ilə müşahidə olunan toy şənliyinin keçirilməsi müəyyən edilib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, məclisin sahibi, Şabran rayon sakini Məstan Qəhrəmanova əvvəlcədən edilən xəbərdarlığa baxmayaraq, onun insanların kütləvi iştirakı ilə müşahidə edilən toy mərasimi təşkil etdiyi aşkarlanıb.

Rayon Polis Şöbəsi əməkdaşları həyətdə təşkil olunan məclisin təşkilatçısı barəsində qanunvericiliyin tələblərinə müvafiq olaraq inzibati protokol tərtib edib.

Son xəbərlər

Orphus sistemi