Şabranda qıza görə adam bıçaqlayan gəncə 4 il həbs cəzası verilib

Şabranda qıza görə adam bıçaqlayan gəncə 4 il həbs cəzası verilib Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirli bilinən Fərid Musayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hadisə
6 Sentyabr , 2019 15:44
Şabranda qıza görə adam bıçaqlayan gəncə 4 il həbs cəzası verilib

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirli bilinən Fərid Musayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un xəbərinə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə prosesində hökm oxunub.

Hökmə əsasən, F.Musayev 4 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdə ona Cinayət Məcəlləsinin 62-ci maddəsi (cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) tətbiq edilib.

Qeyd edək ki, hadisə bu il yanvarın 30-da Şabran rayon ərazisindəki ticarət mərkəzinin qarşısında baş verib. 32 yaşlı Elçin Şükürov sol bazu sümüyü və qarın boşluğuna keçən, sol böyrəyin zədələnməsi, kəsilmiş-deşilmiş yarası ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Daxil olan məlumat əsasında aparılan araşdırma zamanı müəyyən edilib ki, yanvarın 30-u axşam saat 17 radələrində rayon sakini, 22 yaşlı Fərid Musayevlə Elçin Şükürov arasında qısqanclıq zəminində mübahisə yaranıb. Nəticədə F.Musayev E.Şükürovu öldürmək məqsədilə onu bıçaqlayaraq xəsarətlər yetirib. Məlum olub ki, gənc oğlan 33 yaşlı kişini qız üstündə bıçaqlayıb.

Qeyd edək ki, F.Musayevə Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə ittiham elan edilib.

Son xəbərlər

Orphus sistemi