Şabranda narkotik satan dəstə üzvləri saxlanılıb

Şabranda narkotik satan dəstə üzvləri saxlanılıb Faktla bağlı istintaq aparılır.
Hadisə
28 İyul , 2021 11:56
Şabranda narkotik satan dəstə üzvləri saxlanılıb

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində apardıqları əməliyyat-axtarış tədbirləri zamanı Şabran rayon sakinləri Ayaz Yaqubov, Anar Vəliyev və Ramin Atakişiyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupunun baş inspektoru polis leytenantı Xəyal Talıbovun "Report"a verdiyi məlumata görə, Şabran RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində A.Yaqubovun yaşadığı evin həyətyanı sahəsinə keçirilmiş baxış zamanı çətənə bitkiləri, evin zirzəmisindən isə tərkibində narkotik maddələr olan qurudulmuş marixuana və kustar üsulla hazırlanmış heroin və elektron tərəzi aşkar olunaraq götürülüb.

Bundan başqa A.Yaqubovun evində qonaq olmuş Şabran rayon sakini Anar Vəliyevin üzərinə baxış zamanı tərkibində narkotik maddələr olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Bununla yanaşı A.Yaqubovun evində qonaq olmuş Şabran rayon sakini Ramin Atakişiyevin yaşadığı evə keçirilən baxış zamanı çətənə (kannabis) bitkisi və isə tərkibində narkotik maddələr olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı istintaq aparılır.

Son xəbərlər

Orphus sistemi