Şabranda minik və yük avtomobili toqquşub, iki nəfər ölüb
Hadisə
- 18 may, 2025
- 11:48
Şabranda rayonunda minik avtomobili və yük maşınının iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində iki nəfər ölüb.
“Report”un Şimal bürosunun məlumatına görə, hadisə Bakı – Quba – Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində baş verib.
Belə ki, “AzSamand” markalı minik avtomobilinin və yük maşınının (TIR) toqquşması nəticəsində iki nəfər hadisə yerində ölüb. Minik avtomobilinin ölən sürücüsünün Bakı şəhər sakini 2002-ci il təvəllüdlü Akif Səlahət oğlu Zeynalzadə olduğu məlum olsa da, həlak olan qadın sərnişinin kimliyini müəyyənləşdirmək hələlik mümkün olmayıb.
Qəzaya səbəb kimi minik avtomobilinin qarşı hərəkət zolağına çıxması göstərilir.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
04:44
Yaponiya Ukrayna üçün ölümcül olmayan ləvazimatlar satın alacaq
Digər ölkələr04:16
ABŞ Dövlət katibi 13-16 fevral aralığında Almaniya, Slovakiya və Macarıstana səfər edəcək
Digər ölkələr03:38
Video
ABŞ-də təyyarə avtomobillə toqquşub, dörd nəfər xəsarət alıb
Digər ölkələr03:14
"Kan": Qəzzaya yaxın vaxtlarda İndoneziyadan bir neçə min hərbçi göndərilə bilər
Digər ölkələr02:57
"Forbes": Azərbaycan Avrasiyanın geosiyasi baxımdan yenidən qurulmasında kilid rol oynayır
Analitika02:33
Britaniya Kralı qardaşı Endryunun Epşteynlə əlaqələrinin araşdırılmasına kömək edəcəyinə söz verib
Digər ölkələr02:08
Bosniya və Herseqovina NATO ilə əməkdaşlıq üzrə 2025-ci il İslahat Proqramını qəbul edib
Digər ölkələr01:44
KİV: İraqın ən böyük neft emalı zavodunda baş verən yanğında bir nəfər ölüb, səkkiz nəfər yaralanıb
Digər ölkələr01:25