Şabranda üç gündür axtarışda olan yeniyetmənin meyiti tapılıb
- 09 iyul, 2022
- 18:57
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şabran rayonunda Taxtakörpü su anbarında naməlum kişi meyitinin aşkarlanması ilə bağlı müraciət daxil olub.
Bu barədə "Report" FHN-ə istinadən xəbər verir.
Meyitin su anbarından çıxarılmasına kömək məqsədilə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri həmin əraziyə cəlb olunub.
Görülən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Meyitin 06.07.2022-ci il tarixdən axtarışda olan 2008-ci il təvəllüdlü Ağamirzəyev Amin Şahin oğluna aid olduğu təsdiqlənib.
21:23
Şabran rayonunda naməlum kişi meyiti tapılıb.
"Report"un Şimal bürosunun xəbərinə görə, hələlik şəxsiyyəti məlum olmayan kişinin meyiti Taxtakörpü su anbarı ərazisində aşkar olunub.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şabran rayon şöbəsinə təhvil verilib.
Hadisənin təfərrüatı araşdırılır.