Şabranda iki avtomobil toqquşub, xəsarət alanlar var - YENİLƏNİB

Şabranda iki avtomobil toqquşub, xəsarət alanlar var - YENİLƏNİB Şabran rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.
Hadisə
4 Sentyabr , 2019 15:44
Şabranda iki avtomobil toqquşub, xəsarət alanlar var - YENİLƏNİB

Şabran rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub. 

"Report"un şimal bürosunun verdiyi məlumata görə, avtomobillərdən birinin sürücüsü, Quba rayon sakini, Arif Mayıl oğlu Nemətov, Sumqayıt şəhər sakinləri – 1985-ci il təvəllüdlü Namiq Mahmud oğlu İbrahimov və onun arvadı, 1983-cü il təvəllüdlü Minarə Əmirəhməd qızı İbrahimova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəsarət alan hər 3 şəxs Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.


***13:23

Şabran rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Şahnazərli kəndi ərazisində qeydə alınıb. 

İki minik avtomobilinin toqquşması nəticəsində iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir. Hadisə yerinə hüquq-mühafizə orqanalrının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. Yaralılar "təcili yardım" avtomobili ilə xəstəxanaya çatrırılıblar. 

Son xəbərlər

Orphus sistemi