Şabranda yol qəzasında 3 nəfər ölüb

Şabranda yol qəzasında 3 nəfər ölüb Şabran rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.
Hadisə
6 İyul , 2022 17:58
Şabranda yol qəzasında 3 nəfər ölüb

Şabranda avtomobil qəzasında ölənlərin sayı 3-ə çatıb.

"Report"un Şimal bürosunun məlumatına görə, ağır yol-nəqliyyat hadisəsi zamanı ölənlərin şəxsiyyəti məlum olub.

Bunlar, 1957 -ci il təvəllüdlü Səlimov Nazim Məhəmməd oğlu, 1961 -ci il təvəllüdlü Səlimova Zülfət Seyfulla qızı və 1986 -cı il təvəllüdlü Aydın Əlif oğlu Məmmədovdur.

Faktla bağlı araşdırmalara başlanılıb.

16:40

Şabran rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Şabran rayonu Gəndob kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-2107" və "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər ölüb, bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Ölənlərin və yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi